Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, avtomobil yolları, küçə və prospektlərdə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Xırdalan şəhərində də avtomobil yollarının əsaslı təmirinə başlanılıb.

Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospekti 5100 metrdən ibarətdir. Bunun da 2700 metrlik hissəsini 4 hərəkət zolağı təşkil edir. Hazırda prospekt boyunca aidiyyəti qurumlarla birlikdə kommunikasiya xətlərinin çəkilməsi prosesi həyata keçirilir.

Növbəti mərhələdə üst qatı qaşınaraq kənarlaşdırılan köhnə asfalt-beton örtüyünün əvəzinə yeni asfalt qatı çəkiləcək. Lazımi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi, mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə isə piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi işləri həyata keçiriləcək. Heydər Əliyev prospekti ilə yanaşı Xırdalanda ümumi uzunluğu 5,4 kilometr olan küçələr də asfaltlanır.

2020-ci ildə də təmirə ehtiyacı olan küçələrin bərpası nəzərdə tutulur.

Sabir Bilalov