9 yanvar 2020-ci il tarixində  səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. 

Bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Ərazidə monitorinqlər aparılır.