20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər xiyabanında hazırlıq işləri aparılır.

AzTV.AZ xəbər verir ki, xiyabanda geniş təmizlik və abadlıq işləri görülüb. Faciənin ildönümü ilə əlaqədar qərənfillərdən kompozisiyalar hazırlanır. İşə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Anım gününə bir neçə gün qalsa da, Şəhidlər xiyabanına ziyarətçi axını müşahidə olunur.

Fotolar: Rüstəm İsmayılov