Bərk məişət tullantılarının yığılması, daşınması,  çeşidlənməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün paytaxta 5 ədəd yeni tipli iri və kiçik tutumlu maşın gətirilib.

Ötən ilin iyulundan paytaxtın Nərimanov rayonunda başlanan yeni pilot layihə üzrə yekunlaşdırıcı kompozisiya araşdırmalarına start verilib. Bu layihə bu ilin aprelindən başlayaraq paytaxtın digər rayonlarında da reallaşdırılacaq.

Gətirilən maşınlar tam elektronlaşdırılıb, GPS-lər quraşdırılıb. Pilot layihə başa çatdıqdan sonra konteynerlərə də bu sistem quraşdırılacaq ki, bu da tullantıların yığımını optimallaşdıracaq.

Qeyd edək ki, fevral ayının axırlarına qədər Bakıya əlavə olaraq 18 ədəd bərk məişət tullantılarının yığılması, daşınması,  çeşidlənməsi üçün maşın gələcək ki, bu da pilot layihədə nəzərdə tutulan işlərin görülməsində köməklik edəcək.