“Azərbaycanda heç vaxt feminizm hərəkatı olmayıb. Azərbaycanda ziyalı qadınların hərəkatı olub”.

AzTV.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin rəhbəri Taliyə İbrahimova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda qadın məsələləri ilə məşğul olan 300-ə yaxın təşkilat fəaliyyət göstərir.

O deyib ki, qadınları hüquqları haqqında maarifləndirməklə yanaşı, onlara iqtisadi baxımdan dəstək olmaq üçün də layihələr həyata keçirilir: “Azərbaycanda hazırda 9 qadın resurs mərkəzi fəaliyyət göstərir. İndiyədək Azərbaycanda 265 qadın sahibkar formalaşıb”.

Taliyə İbrahimova, həmçinin vurğulayıb ki, son illərdə ölkədə erkən nikahların sayı azalıb.

Rəna Ağayeva