Azərbaycanın koronavirus təhlükəsinə qarşı gördüyü tədbirlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Ölkə başçısının tapşırığı ilə bu istiqamətdə aparılan işlər, virusun yayılmaması üçün atılan önləyici tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir daha müsbət qiymətləndirilib.
Qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı epidemiya ilə bağlı Azərbaycandakı vəziyyəti, mübarizə tədbirlərini yüksək qiymətləndirib. Qeyd edək ki, təxminən bir həftə əvvəl də ÜST Azərbaycanda aparılan antivirus mübarizəsini yüksək qiymətləndirmişdi. Azərbaycanda virusla əlaqədar mübarizəyə ÜST tərəfindən verilən qiymət, görülən işlər, epidemiya ilə bağlı hazırkı vəziyyət Azərbaycan Televiziyasının “Hədəf” verilişində, Səhiyyə nazirinin müavini Viktor Qasımov və iqtisadçı-alim, deputat Vüqar Bayramovun iştirakı ilə müzakirə olunub.
“Hədəf” verilişinin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz.