AzTV-nin “Hədəf” verilişinin bugünkü buraxılışında Azərbaycan hökumətinin koronavirusa qarşı gördüyü tədbirlər müzakirə olunub.

Verilişdə həmçinin virus səbəbi ilə vətəndaşlar arasında yaranan ərzaq ajiotajı, insanların mağazalara axışması kimi hallara münasibət bildirilib. “Hədəf”in qonaqları, Baş nazirin müavini Şahin Mustafayev və Tibbi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev hazırkı situasiya ilə bağlı dolğun məlumat veriblər.

Verilişin tam versiyasına mətnin içərisində yerləşdirdiyimiz videodan baxa bilərsiniz.