İtaliyanın Boloniya Universitetinin tələbəsi Cabbar Hüseynli Azərbaycan Televiziyasının (AzTV) "Çıxışa doğru" tok-şousundakı bağlantıda İtaliyadakı son vəziyyət barədə danışıb.

O, sözügedən ölkədəki tələbələrimizin təxliyə imkanları barədə danışıb.

"İtaliyada karantin rejimi tətbiq olunduğu gündən Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi buradakı həmvətənlərimizin təxliyə prosesi üçün siyahıya alınmasını aparıb. Romada artıq təxliyə çarter reysi açılıb və getmək istəyən vətəndaşlarla əlaqə yaradılır. Dövlətin yaratdığı imkanlardan istifadə edərək tələbələrimiz vətənə geri dönəcəklər".