Koronavirus infeksiyası ilə əlaqədar təhlükəsizliyin təmini üçün ASAN xidmət mərkəzi vətəndaşlara yeni – elektron xidmət təklif edir. Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat ötürülməsini təmin etmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı “ASAN bot” sistemi istifadəyə verilib.
“ASAN bot” süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilən “ASAN bot”un Beta versiyası “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərlə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa imkan yaradacaq.
Vətəndaşlar artıq günün istənilən vaxtında, istənilən yerdən dövlət xidmətləri barədə suallara operativ şəkildə cavab əldə edə biləcəklər.