Bakı Metropolitenində koronavirusla bağlı profilaktik tədbirlər davam etdirilir. Bu çərçivədə stansiyalar və qatarlar hər həftə genişmiqyaslı dezinfeksiya olunur.
İndiyə qədər profilaktik tədbirlər ay ərzində 2 dəfə aparılırdı. Koronavirus təhlükəsinə qarşı görülən işlər çərçivəsində dezinfeksiya tədbirləri daha da intensivləşdirilib. Qatarların və stansiyaların hər həftə geniş miqyaslı dezinfeksiya edilməsi ilə yanaşı, gün ərzində 3 dəfə stansiyalarda əllə təmas olunan yerlər xüsusi maddələrlə təmizlənir. Bundan başqa, depolara daxil olan qatarlar da sanitar-gigiyenik qaydalara uyğun dezinfeksiya edilir.