Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılıb və ölkə üzrə bu proses başa çatıb. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və digərlərinin mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin edilib.