Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Nazir koronavirus pandemiyasına görə təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələr, dərslərin bərpası və təhsillə bağlı digər sualları cavablandırıb.
C.Bayramov bildirib ki, Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qəbul edilən qərarın həyata keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq: “Sosial həssas qruplara aid olan ailələrə dövlət hər zaman qayğı ilə yanaşıb. Qərar 20 mindən çox tələbəni əhatə edəcək”. Nazir məktəblərin nə zaman açılacağı məsələsinə də aydınlıq gətirib.
Verilişin tam versiyasına “YouTube” kanalımızdan baxa bilərsiniz.