Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir. Balakəndə avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb. Kür çayının sahilində yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 19 nəfərdən ikisi həbs edilib. Yaxın qohumunun yas mərasimində iştirak adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 115 nəfər inzibati qaydada cəzalandırılıb. Ümumilikdə, sutka ərzində ümumilikdə 7 min 314 nəfərə cərimə tətbiq edilib, 26 şəxs inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7314 nəfərə isə inzibati cərimə tətbiq edilib. Bu müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib. Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.
Yaxın qohumunun yas mərasimində iştirak adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 115 nəfər inzibati qaydada cəzalandırılıb. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlərın hər biri 100 manat məbləğində cərimə edilib. Bir nəfər barəsində isə inzibati qaydada məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb. Bir daha diqqətə çatdırılır ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Sui-istifadə hallarına yol verən şəxslər barəsində ciddi cəza tədbirləri görüləcək.
***
Balakəndə xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb. Rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki sakini Anar Sadıqovun idarə etdiyi avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb. Hər iki şəxs 100 manat miqdarında cərimə ediliblər.
***
Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib, xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçısı, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs olunub. Digərləri isə 100 manat miqdarında cərimə ediliblər.
Orxan Qasımlı