Aprelin 15-də “Dərs vaxtı” verilişində Azərbaycan və rus bölmələri üçün tədris proqramına uyğun dərslər keçirilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, V, IX, X və XI siniflər, rus bölməsi üzrə isə II, VIII, X və XI siniflər üçün dərslər təqdim edilib.