Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə, ümumilikdə aprelin 1-dən bu günədək xüsusi karantin rejimini 41 min 404 hərəkət iştirakçısı pozub.