Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxt yollarında və küçələrdə intensivlik, insan çoxluğu müşahidə olunur.
AzTV-nin əməkdaşı Vəfa Ağabalayevanın bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında apardığı müşahidəyə görə, insanlar SMS icazə sistemindən sui-istifadə edərək, küçəyə çıxırlar. Hətta bəziləri əməkdaşımızla söhbətində “3 saatlıq icazəm var, gəzməyə çıxmışam” deyə cavab veriblər.
Şəhərdən çəkilən görüntüləri təqdim edirik.