Sabahdan etibarən regionlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr başlayır.

Bu barədə namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin prosesdə iştirakına şərait yaradılması ilə bağlı müraciətləri nəzərə alınıb. Yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq.

Qeyd edək ki, Bakı üzrə keçirilən müsahibələrdə artıq 250-yə yaxın şəxs iştirak edib.