Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 4-dən dayandırılır.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu avtobuslar “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb olunacaq. İstismar müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi kənarlaşdırılacaq.
Bundan başqa, monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Agentliyin tələb və tövsiyələrinə əsasən, daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.