Sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspress marşrut xətləri üzrə sərnişin daşınması tam dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, iyunun 5-də isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək.