Milli Arxiv İdarəsi “Arxivçilərimizin arxivlərdə qalan izi” adlı videolayihəni istifadəçilərin ixtiyarına verib.
Bu layihə Azərbaycanda arxiv quruculuğunun 100 illiyi, həmçinin, 9 iyun Beynəlxalq Arxivlər Günü və Beynəlxalq Arxivlər Şurasının 8-14 iyun 2020-ci il tarixlərini “Empirik Bilik Cəmiyyəti” şüarı altında Beynəlxalq Arxivlər Həftəsi elan etməsi münasibətilə hazırlanıb.
İdarənin videoportaldakı rəsmi səhifəsində paylaşılan videolayihədə XX əsrin 50-80-ci illərində Azərbaycan arxivlərində çalışmış qocaman arxivçilərdən bəhs olunur.