Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Bu gün ölkədə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb. Aktiv xəstə sayı 3992-yə çatıb.