Bu gecədən etibarən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi tətbiq olunacaq.

16 iyun saat 06:00-a qədər sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər. Fəaliyyətinə icazə verilən qurumlar isə əməkdaşlarını icazə.e-gov portalında qeydiyyatdan keçirməlidir. bütün qurumlara minimum sayda əməkdaşlarına iş icazəsi almaq məsləhət görülür. Karantin rejiminin sərtləşdirildiyi günlərdə xüsusi hallarla bağlı da vətəndaşların qarşılaşdığı problemlərin dərhal aradan qaldırılması üçün qurumların qaynar xətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qurumların qaynar xətləri ilə əlaqə yarada bilməyən vətəndaşlar ASAN xidmətin 108 çağrı mərkəzinə müraciət edə biləcəklər.