İyunun 18 və 19-da 9 və 11 illik orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

38 şəhər və rayonunda təşkil olunacaq imtahanlara iştirakçılar tibbi maska ilə gəlməlidir. Maskanı çıxarmaq qadağandır. Digər sənədlərlə yanaşı, sağlamlıq haqqında bəyannamə də gətirilməlidir. İmtahanlarda ümumilikdə 43 min 767 şagirdin iştirakı nəzərdə tutulur. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq bir sıra profilaktik tədbirlər həyata keçirilib. İştirakçıların bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.