Ölkədə dezinfeksiya tunellərinin istehsalına başlanılıb. COVID-19-la mübarizədə səmərəli təsirə malik tunellər müəssisələrin girişində quraşdırılacaq.
Dezinfeksiya tuneli 8 sağ və 8 ədəd solda olmaqla 16 püskürdücü cihazla təmin edilib. Şəxs tunelə daxil olduğu zaman 1-2 saniyə ərzində dezinfeksiya edilir. Quraşdırılması və istifadəsi asan olan aparatın daşınması da rahatdır. Dezinfeksiya tunelini sifarişçilərin istəklərinə uyğun müxtəlif ölçülərdə istehsal etmək olar. Aparatdan gün ərzində 10 mindən çox insan istifadə edə bilər.
Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, otel və istixanaların girişində quraşdırılan tunellərdən, həmçinin, metro stansiyaları, sərhəd və gömrük keçid məntəqələri, uşaq bağçaları, avtovağzallar, hava limanları, bir sözlə insanların sıx olduğu müxtəlif ərazilərdə istifadə etmək mümkündür.
Dezinfeksiya tunellərindən yalnız koronavirus pandemiyası dövründə deyil, gələcəkdə də yarana biləcək digər yoluxucu xəstəliklərin qarşısının alınmasında istifadə oluna bilər.
Leyla Abbasova