Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin apardığı iki günlük müşahidələrə əsasən, vətəndaşlar SMS xidmətindən sui-istifadə edirlər. Bundan sonra SMS sistemini məzmuna uyğun olmayan mesajlarla yükləyənlər üçün məhduduiyyətlər tətbiq ediləcək.
Son iki gündə 8 inzibati ərazidə evdən çıxmaq üçün vətəndaşlar 8103 qısa nomrəsinə 1 milyon 769 min SMS göndərib. Bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı olduğu üçün təsdiqlənməyib. Amma bundan sonra analoji hallar yaşanarsa, kodlarla bağlı məhdudiyyətlər tətbiq ediləcək.
2 gün ərzində “1” kodundan 129 min 763 şəxs istifadə edib. Bunun da 99,3 faizinə qısa müddət ərzində cavab verilib. Buna baxmayaraq vətəndaşlar hər bir halda SMS-in gec cavablandırılmasını lazımsız məzmunlarla bağlı göndərilən müraciətlərdə görürlər.
SMS xidməti vətəndaşların sağlamlığı, koronavirusa yoluxmanın minimuma endirilməsi üçün yaradılıb. Eyni zamanda, bu məhdudiyyət vətəndaşların rahatlığı və ehtiyac olan zaman evdən çıxması üçün nəzərdə tutulub. Bu sistemə yüzlərlə lazımsız mesaj göndərən vətəndaşlar, kim bilir bəlkə də doğmasının sms-nin cavabını gözlətmiş olur....
Samir Namiqoğlu