Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətindən keçən hissəsi istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ərazidə aparılan təmir işləri başa çatdırılıb və yol sürücülərin istifadəsindədir.  Xatırladaq ki, ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidən keçən avtomobil yolu çökərək yararsız vəziyyətə düşmüşdü.