İyunun 10 və 11-də 11-ci sinif şagirdləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb. İştirakçılar arasında maksimal nəticə göstərənlər də var.  

Onlardan biri də Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayevdir. O, maksimal nəticə – 300 bal toplayıb.

Digər qəhrəmanımız isə Xırdalan şəhərində fəaliyyət göstərən Qubadlı şəhər 3 saylı məktəbin məzunu Aytac Kazımlıdır. O, mümkün 300 baldan 297,1-ni toplayıb. Ən böyük arzusu isə gələcəkdə neft sahəsində çalışmaqdır.

İmtahan iştirakçıları arasında yüksək nəticələri, həmçinin, paytaxtın 36, 57 və 178 saylı orta məktəblərinin, eləcə də Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 saylı orta məktəbinin məzunları göstəriblər.