Koronavirusla mübarizə aparan həkim və orta tibb işçilərinə virusdan qorunma yolları ilə bağlı xüsusi təlim-treninqlər keçirilir. Eyni zamanda kiçik tibb işçiləri əks-epidemik tədbirlər, biomühafizə və karantin qaydaları babrədə məlumatlandırılır. 800 nəfər bu onlayn kurslarda iştirak edib.
Online təlimlərdə indiyədək 1700 tibb işçisi iştirak edib. Səhiyyə Nazirliyinin göstərişi ilə müəyyənləşən poliklinikalar, birləşmiş xəstəxanalarda çalışan tibb işçiləri təlimlərə cəlb olunub. Ümumilikdə 2100 tibb işçisi online seminarlardan yararlanacaq. İştirakçılara COVID-19 xəstəliyi, onun hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumatlar verilir.
Tibb işçilərinə 4 istiqamətdə seminarlar təşkil edilir. İlk istiqamət biotəhlükəsizlik və biomühafizədir ki, burada onlar COVID-19-a yoluxanlarla işləmələri üçün hazırlaşdırılır. İkinci istiqamətdə isə tibb işçilərinə analizlərin alınma qaydaları ilə bağlı məlumatlar verilir.
Bir seminar 6 saat davam edir. Online kurslar istirahət günləri də daxil olmaqla hər gün təşkil edilir.
Sədaqət Süleyman