Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə, ötən sutka  ərzində ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolundakı karantin keçid postundan 65, Bakı-Şamaxı-Yevlax yolunda yerləşən postdan 55, Bakı-Qazax-Gürcüstan yolundakı keçid postundan 100 avtomobil geri qaytarılıb. Ümumilikdə 220 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb. Məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb.