Iyulun 21-də Azərbaycan Televiziyasının “Hədəf” proqramında Ermənistanın Azərbaycana qarşı təxribatının siyasi məqsədləri müzakirə edilib.

Verilişin qonaqları Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və politoloq Sahil İsgəndərli son günlər Ermənistanın istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı açdığı informasiya cəbhəsindən söz açıblar. İşğalçı dövlətin ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri və Ermənistan rəhbərliyinin gülünc addımlarını ətraflı təhlil ediblər. Politoloq Əhməd Əlili də Azərbaycanın haqlı mövqeyi, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı söylənilənlərlə şərik olduğunu və münaqişə ilə bağlı qarşı tərəfin bu cür mövqeyini əsaslandıran səbəbləri açıqlayıb.Ankaradan Skype bağlantısı ilə efirə qoşulan  politoloq Güngör Yavuzaslan Azərbaycanın haqq işinin Türkiyədə və dünyada böyük dəstək qazandığını bildirib, həmçinin, erməni hiyləsinin siyasi mahiyyətini geniş şərh edib.

Verilişi tam şəkildə “Youtube”  kanalımızdan izləyə bilərsiniz.