Bu gün AzTV-nin “Hədəf” proqramında Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da artırılması və Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara avtomobil, eləcə də mənzillərin təqdim edilməsi mərasimində iştirakı müzakirə olunub.

Verilişin qonaqları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ödənişli ictimai yerlərin yaradılması, pandemiya dövründə 5 milyona yaxın insanın dövlətin maddi dəstəyi ilə əhatə olunması, məşğulluğa dair proqramın yerinə yetirilməsi, pensiyaların ödənilməsi və diğər məsələləri ətraflı şərh ediblər. Prezident İlham Əliyevin sosial sahəyə ayırdığı xüsusi diqqət, dövlət və özəl sektorda iş yerlərinin sayının artması, orta aylıq əmək haqqı və pensiyaların mütəmadi şəkildə artımı, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı geniş şəkildə və konkret faktlar əsasında təhlil olunub.

Ətraflı məlumat almaq üçün rəsmi “Youtube” kanalımızı izləyə bilərsiniz.