Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış imtahanları keçiriləcək.
Prosesdə 13 min 483 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11-də başlanacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.