Gün ərzində 74 nəfər Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.

Təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır