Əhali arasında SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji tədqiqatlar son günlərin ən aktual mövzusu kimi vətəndaşların böyük marağına səbəb olub və müəyyən suallar doğurur.
Avqustun 20-də Azərbaycan Televiziyasınının “Hədəf” verilişində (günorta buraxılışı) məhz bu məsələ ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya uzmanı Fərrux Sədirov, Dövlət Vergi Xidmətinin şöbə rəisi Mirzə Mirzəyev və Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov əhalini narahat edən əsas məqamlar və görüləcək işlərin mühüm istiqamətləri barədə məlumat veriblər. Müsahiblər həmçinin əhalinin qapalı və açıq məkanlardakı davranışı ilə bağlı müəyyən tövsiyyələr veriblər.
Verilişi AzTV-nin rəsmi “YouTute” kanalından izləyə bilərsiniz.