Məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 27-də keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev məlumat verib.