Azərbaycanda daha 126 nəfər koronavirus infeksiyasına yoluxub, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 36 min 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib. 33 min 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib. Aktiv xəstə sayı 2054-dür. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5042, ümumilikdə isə 922 min 069 test aparılıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.