Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.