Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mentorların təqdim etdiyi 1 illik fərdi inkişaf planını həyata keçirməyə başlayıblar.
Bununla bağlı müsabiqənin İşçi Qrupu mentorlar və qaliblər arasında bölgünü müəyyən edib.
Müsabiqənin qaydalarına uyğun olaraq 25 qalib 1 il ərzində mentorluq proqramında iştirak edəcək və müvafiq idarəçi rəhbərlərin təcrübəsindən faydalanacaq.
Hər bir qalib iki müxtəlif idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq.
Müsabiqənin qaliblərindən biri olan Orxan İsgəndərov Elm və təhsil naziri Emin Əmrullayev və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov ilə 1 il müddətində Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edəcək, təcrübə keçəcək.