Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərində bir sıra obyektlərlə tanış olub
Kateqoriya: RƏSMİ
Tarix: 07 Mart 2025, 09:08
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərində 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə, 40 saylı körpələr evi-uşaq bağçası ilə, Gəncə Memorial Kompleksinin layihəsi ilə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzi ilə, Gəncənin Şah Abbas, Hüseyniyyə məscidlərinin və Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinin mövcud vəziyyətləri ilə tanış olub.