Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək.

 

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verilir.

Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır.

XİN başçıları arasında danışıqların yekunu üzrə Qazaxıstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Fəaliyyət Planının imzalanması planlaşdırılır.