UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

 

Həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.

İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək əsas mükafata sahib çıxıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson "qırmızı şeytanlar"ın qapısından keçirib.

Bununla da "Tottenhem” tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.