“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar bir neçə reysi ləğv edib.

 

Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 13-ü və 14-nə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:

Bakı-Təl-Əviv-Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

Bakı-Dubay-Bakı

J2 011/012 (13 iyun)

Bakı-Tehran-Bakı

J2 8017/8018 (13 iyun)

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.