Ermənistanda bu gün Konstitusiya İslahatları Şurasının iclası keçirilir.

 

Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verilir.

Ermənistan Ədliyyə Nazirliyi iclasın təfərrüatlarını açıqlamır.

Qeyd edək ki, Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyası ölkənin yeni konstitusiyasının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Gözlənilir ki, partiya 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində xalqın səsini qazandıqdan sonra ümumxalq referendumu yolu ilə yeni konstitusiyanın qəbul edilməsi prosesini başladacaq.