"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

 

Bu barədə ETSN-dən məlumat verilib.

Bildirilib ki, aksiyada Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.