Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

 

Paylaşımda deyilir:

“Ramazan ayınız mübarək!

Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm”.