Aprelin 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

 

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 5.3 olan zəlzələ yerli vaxtla saat 13:05-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 70 kilometr olub. Yeraltı təkanlar Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçalada 3-4 bal hiss olunub.