Bakı idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə ev sahibliyi edəcək.

 

Azərbaycan Gimnastika Federasiyasından (AGF) bildirilib ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 10-a yaxın ölkədən idmançılar bacarıqlarını nümayiş etdirəcəklər.

Turnir mayın 13-16-da keçiriləcək.