Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.

 

Dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.