UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.
Paytaxt təmsilçisinin rəsmi saytında bildirilib ki, azarkeşlər bir bilet əldə etməklə komandanın “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını stadiondan izləmək imkanı qazanacaqlar.