Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad edilmiş Ağdam kəndinin videogörüntülərini paylaşıb.
Ağdam kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğalçılardan azad edib.